RU

Bu klub növbəti dəfə Azərbaycan çempionu oldu - FOTO

Minifutbol üzrə Azərbaycan çempionatının mükafatçıları bəlli olub. 

Bizim.Media xəbər verir ki, həlledici oyunda "Zirə" və "Birbaşa Bakı" komandaları üz-üzə gəlib. 

Oyun birinci hissəsində hesab açılmayıb. Fasilədən sonra "Birbaşa Bakı" iki qol vuraraq, Azərbaycan çempionu olub.

Həlledici matçlar Bakı Tennis Akademiyasında keçirilib. Bürünc medallar uğrunda oyunda “Aznur” və “Galaxy” qarşılaşıb. Görüşün əsas vaxtı 0:0 hesabı ilə yekunlaşıb. Qalib penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq olan "Aznur" 3:1 hesabı ilə qalib gəlib.

Minifutbol üzrə Azərbaycan çempionatı

11 mart

3-cü yer uğrunda matç

“Aznur” - “Galaxy” - 0:0, pen. 3:1

Final

"Zirə" - "Birbaşa Bakı" - 0:2


Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
40
34
bizim.media

10Источники