RU

Ciddədə Rusiya ilə Ukrayna arasında məhbusların mübadiləsi müzakirə olunub

Səudiyyə Ərəbistanında Vaşinqton və Kiyev nümayəndə heyətləri arasında keçirilən danışıqlarda Rusiya və Ukrayna arasında hərbi əsirlərin və məhbusların mübadiləsi məsələsi müzakirə olunub.

APA xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Uolts jurnalistlərə açıqlamasında deyib.

"Baxın, biz bir sıra məsələləri müzakirə etdik: hərbi əsirlərin, məhbusların və digərlərinin mübadiləsi. Amma: hərbi əməliyyatlar dayandırılmalıdır. Yəni, biz bu gün bununla bağlı razılığa gəldik", - o bildirib.

Избранный
19
2
apa.az

3Источники