RU

Əliyev Super Liqada 90 dəqiqə oynadı, heç-heçə etdilər

Albaniya Super Liqasında 29-cu turun oyunları keçirilir.

Sporinfo.az xəbər verir ki, bu gün Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" səfərdə "Laçi"nin qonağı olub. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Zamiq Əliyev də bu görüşün iştirakçısı olub. 22 yaşlı mərkəz müdafiəçisi matça start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb.

Xallarını 53-ə yüksəldən "Eqnatiya" liderliyini davam etdirir.

Избранный
43
16
sportinfo.az

10Источники