RU

Azər Məmmədov vətəndaş qəbulu keçirəcək

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun Cəlilabad rayonunda vətəndaş qəbulu keçiriləcək.

“İki sahil” xəbər verir ki, martın 14-ü, saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək. 

Bildirilib ki, vətəndaşların qəbulda ünvanlanan müraciətləri yalnız “Azəriqaz” İB-nin fəaliyyəti ilə bağlı olmalıdır. 

Qəbula dair əlavə məlumat almaq istəyənlər: Lənkəran Regional qaz istismarı İdarəsinə (tel: 051-792-79-95; 050-845-96-81) müraciət edə bilərlər.

Избранный
17
23
ikisahil.az

10Источники