“Azercell Telekom”la bağlı şikayətlər artmaqda davam edir. Abunəçilər “Azercell”in onlara qarşı açıq hörmətsizlik etdiyini düşünür.
Tribunainfo.az xəbər verir ki, bu dəfə də abunəçi İlyas Mustafayev üzləşdiyi problemi sosial şəbəkədə ictimailəşdirirb. O bildirib ki, “Azercell” nömrəni heç bir xəbərdarlıq etmədən tarifə qoşub vəsait silir:
“Əlaqə saxladıqda isə kütləvi informasiya vasitələrindən bu barədə məlumat verildiyini deyirlər. Adama deyərlər, insanlar sənin şirkətinə abunədir, niyə abunçilərinə özün sms xəbərdarlıq yollamırsan. Gündə mənasız mesajları göndərməkdənsə xəbərdarlıq sms-i göndər! Sizin kimi müştərisinə hörmət etməyən qurumların müştərilərə zəng edib yalvaracağı günlər uzaq deyil”.
Xatırladaq ki, son günlər “Azercell Telekom”la bağlı bu kimi şikayətlər həddən artıq çoxalıb.
Qarşı tərəfi dinləməyə hazırıq.