RU

Azərbaycanda orta illik inflyasiya 5 %-dən çox olub

Bu ilin yanvar-fevral aylarında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 105,4 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 105,3 %, qeyri-qida məhsulları üzrə 102,7 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 107,9 % təşkil edib.

Bakıvaxtı.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin fevral ayında istehlak qiymətləri indeksi ötən ilin eyni ayına nisbətən 105,5 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 105,7 %, qeyri-qida məhsulları üzrə 102,7 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 107,4 % olub.

Ötən ay istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7 % təşkil edib. O cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,4 % olub.

Избранный
14
19
bakivaxti.az

10Источники