2025-ci ilin fevral ayında Azərbaycanda istehlak qiymətləri indeksi 2024-cü ilin fevral ayına nisbətən 105,5 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 105,7 faiz, qeyri-qida məhsulları üzrə 102,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 107,4 faiz təşkil edib.
Bu barədə Yenicag.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edilib ki, 2025-ci ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,4 faiz təşkil etmişdi./apa