RU

Astarada piyadanı vurub öldürən sürücü saxlanılıb - YENİLƏNİB

Astara, 11 mart, AZƏRTAC

Martın 12-də saat 3 radələrində 1996-cı il təvəllüdlü R.Kazımzadə idarə etdiyi minik avtomobili ilə Astara şəhəri ərazisində piyada 1976-cı il təvəllüdlü Fuad Nuriyevi vurub. Piyada aldığı xəsarətlərdən ölüb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinin sorğusuna cavab olaraq bildirilib ki, hadisə yerindən yayınan sürücü polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

09:21

Astarada nəqliyyat vasitəsi ortayaşlı kişini vuraraq öldürüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə səhər saatlarında Astara şəhəri ərazisində baş verib.

Ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb. Qəzanı törətməkdə şübhəli bilinən şəxs isə hadisə yerindən qaçıb. Onun saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində işlər aparılır.

Faktla bağlı araşdırma aparılır.

Избранный
47
5
azertag.az

8Источники