RU

Allergiya simptomlarını yüngülləşdirən QİDALAR

Yediyiniz və içdiyiniz qidalar allergiya simptomlarını azaltmağa kömək edə bilər.

BAKU.WS ferra.ru-ya istinadən xəbər verir ki, xüsusilə bu məhsullara diqqət yetirmək tövsiyə olunur:

Zəncəfil – antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malikdir.

Yerli bal – orqanizmin polenə qarşı davamlılığını artırmağa kömək edə bilər, lakin bu təsir elmi cəhətdən tam sübut olunmayıb.

Sitrus meyvələri (portağal, mandarin, limon, laym) – C vitamini baxımından zəngindir və allergik rinitin simptomlarını azalda bilər.

Soğan – tərkibindəki antioksidantlar antihistamin təsir göstərir və allergiya əlamətlərini yüngülləşdirə bilər.

Kivi – C vitamini və digər faydalı minerallarla zəngindir.

Ananas – tərkibindəki bromelayn fermenti allergik astmaya kömək edə bilər.

Pomidor – iltihab əleyhinə təsir göstərən likopen ehtiva edir.

Somon və digər yağlı balıqlar – iltihabı azaldan omeqa-3 yağ turşuları ilə zəngindir.

Kefir – heyvanlar üzərində aparılan tədqiqatlar onun allergiyaya qarşı təsirini sübut edib.

Zərdəçal – siçanlar üzərində aparılan araşdırmalar onun allergik reaksiyaları azaltdığını göstərib.

Yaşıl çay – tərkibindəki maddələr allergiyaya qarşı təsir göstərə bilər.

Bu qidaları rasionunuza daxil edərək allergiya simptomlarını yüngülləşdirmək mümkündür.

Избранный
13
1
far.az

2Источники