RU

ABŞ-da Azərbaycan dilində yeni kanal açıldı

ABŞ-da yaşayan azərbaycanlılar üçün Mira TV kanalı açılıb. Bu təşəbbüs yeni gələn azərbaycanlıların cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq məqsədi daşıyır.

Bu sözləri Mira TV-nin təsisçisi Tofiq Ağayev deyib.

"Burada yaşayan azərbaycanlılar xəbərləri sosial şəbəkədən izləyirlər. Çoxu ingilis dilində hələ yaxşı bilmədikləri üçün informasiya qıtlığı yaşayır. İctimai-siyasi, mədəni həyatdan tam xəbərləri olmur. Azərbaycan dilində verilişlərin olmasına ehtiyacları var. Bu məqsədlə ABŞ-da Azərbaycan dilində kanal açdıq”, - o bildirib.

O xatırladıb ki, azərbaycanlıların verilişə canlı qatılmaq və suallarına cavab almaq imkanları da yaradılıb.(kult.az)

Избранный
23
4
ulusum.az

5Источники