Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Məlumatı DİN mətbuat xidməti verib.
Martın 11-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 3 tapança, 3 qumbara, 35 tüfəng, 3 patron darağı və 187 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri növbəti tədbir nəticəsində isə rayon ərazisində 1 tapança, 1 patron darağı və 4 patron tapılaraq götürülüb.
Araşdırmalar aparılır.
P.ƏMİRCANOV
XQ