RU

30 günlük atəşkəs təklifi: Kremldən ilk reaksiya gəldi

Kremlin sözçüsü Dmitri Peskov ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında keçirilən görüşlə bağlı açıqlama verib.

Publika.az xəbər verir ki, Peskov dünən Ciddədə keçirilən danışıqlarda tərəflərin razılaşdığı 30 günlük atəşkəs təklifinə reaksiya verməyin hələ tez olduğunu bildirib.

"Siz bir az irəli gedirsiniz. Biz bunu etmək istəmirik. Dünən mətbuata açıqlama verən ABŞ dövlət katibi Marko Rubio və milli təhlükəsizlik müşaviri Mayk Vals Ciddə danışıqlarının mahiyyəti ilə bağlı bizə ətraflı məlumat verəcəklərini bildiriblər. Əvvəlcə bu məlumatı əldə etməliyik”, - deyə o qeyd edib.

Peskov görüşün nəticələri ilə bağlı Vaşinqton və Kiyevin açıqlamalarını diqqətlə araşdırdıqlarını bildirib. Vurğulayıb ki, ABŞ-dan alacaqları məlumatları da araşdıraraq nəticə çıxarmaq istəyirlər.

Kreml sözçüsü yaxın günlərdə Rusiya ilə ABŞ arasında təmasların olacağını və sözügedən məlumatı almağa ümid etdiklərini bildirib.

Избранный
10
publika.az

1Источники