RU

Azərbaycanda illik inflyasiya 5.5% təşkil edib – RƏSMİ

2025-ci ilin fevral ayında Azərbaycanda istehlak qiymətləri indeksi 2024-cü ilin fevral ayına nisbətən 105,5 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 105,7 faiz, qeyri-qida məhsulları üzrə 102,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 107,4 faiz təşkil edib.

NOCOMMENT.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edilib ki, 2025-ci ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,4 faiz təşkil etmişdi.\\“AzPolitika”

Избранный
17
19
nocomment.az

10Источники