Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının 2-ci seçmə mərhələsində Lüksemburqa uduzub.
Rekord.az xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan yığma rəqibinə 0:5 hesabı ilə məğlub olub.
Qarşılaşma Bayıl stadionunda baş tutub.
Qrupun digər oyununda Bolqarıstan Maltaya 5:0 hesabı ilə qalib gəlib.
Qrupun bütün görüşləri Bakıda keçirilir.