RU

C.Koreya və S.Ərəbistanı kosmik əməkdaşlıq sazişi imzalayıb

Cənubi Koreyanın kosmik agentliyi Səudiyyə Ərəbistanındakı müvafiq qurumla kosmik sektor üzrə ikitərəfli əməkdaşlığın gücləndirilməsi məqsədilə saziş imzalayıb.

Valyuta.Az bu barədə Cənubi Koreyanın "Yonhap" xəbər agentliyinə istinadən xəbər verir.

Cənubi Koreya Aerokosmik Administrasiyası ("KASA") və Səudiyyə Kosmik Agentliyi ("SSA") arasında əməkdaşlıq barədə Anlaşma Memorandumu ("MOU") Cənubi Koreyanın dövlət və özəl sektor nümayəndələrindən ibarət nümayəndə heyətinin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada səfəri çərçivəsində imzalanıb.  

Bu memorandum çərçivəsində tərəflər dərin kosmos texnologiyaları və rabitə, insanlı kosmik uçuş proqramları, peyk buraxılışları və yükləri, eləcə də kosmik elm və mühəndislik sahəsində potensialın artırılması istiqamətində əməkdaşlıq edəcəklər.  

Nümayəndə heyətinin tərkibinə "Korea Aerospace Industries", "Hanwha Systems", "Hanwha Aerospace" "Innospace" kimi aparıcı aerokosmik şirkətlərin nümayəndələri daxil olub.  

Səudiyyə Ərəbistanı 2018-ci ildə kosmik sahəni milli sənaye strategiyasının əsas istiqamətlərindən birinə çevirmək məqsədilə "SSA"nı yaradıb. Ölkə peyk inkişafı və rabitə texnologiyalarına, o cümlədən "SaudiSat" peyk təşəbbüsünə sərmayə yatırır.  

"Koreyanın kosmik şirkətlərinin qlobal genişlənməsini dəstəkləmək üçün beynəlxalq tərəfdaşlıqlarımızı genişləndirməyə davam edəcəyik", – "KASA"nın rəhbəri Yun Yonq-bin bildirib. 

Rəhim

Избранный
19
valyuta.az

1Источники