Saturn ətrafında orbitdə 128 yeni peyk aşkar edilib.
SeherXeber.org Sfera.az-a istinadən xəbər verir ki, Beynəlxalq Astronomiya İttifaqı tərəfindən aparılan araşdırmaya əsasən, Saturnun peyklərinin sayı 274-ə yüksəlib.
Tayvandakı “Academia Sinica”-nın astronomu Edvard Eşton bildirib ki, bu peyklərin aylardır mövcud olduğunu biliblər və kəşf ediləcək daha çox şey ola biləcəyini düşünüblər: "Buna görə də 2023-cü ildə üç ay ərzində eyni səma bölgələrini yenidən müşahidə etdik”.