RU

ABŞ Kiyevə ATAСMS raket sistemlərinin tədarükünü məhdudlaşdıra bilər

Pentaqon Ukraynanı ATACMS hərbi-taktiki raket sistemləri ilə təchiz etməyə məhdud miqdarda davam edə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə “Associated Press” Amerika hərbi mənbəsinə istinadla məlumat yayıb.

"ABŞ Müdafiə Nazirliyi Ukrayna tərəfinə bildirib ki, yalnız məhdud sayda ATACMS çatdırılacaq. ABŞ və NATO müttəfiqləri isə hava hücumundan müdafiə sistemlərinə daha çox tələbat olduğunu görürlər", - məlumatda deyilir.

ABŞ rəsmisi bildirib ki, ümumilikdə ABŞ Ukraynaya 40-a yaxın belə raket kompleksi verib, lakin yanvarın sonunda onlar tükənib.

Bundan əvvəl Polşanın xarici işlər naziri Radoslav Sikorski Amerika silahlarının Polşa qovşağı vasitəsilə Ukraynaya çatdırılmasının fasilədən sonra bərpa olunduğunu bildirmişdi.

Избранный
12
3
ikisahil.az

4Источники