RU

Prezident təsdiqlədi: bəs kimlər pulsuz ev alacaq?

Bu gün, 10:33

Prezident İlham Əliyev “Mənzil Məcəlləsi”nə olunan dəyişiklikləri təsdiq edib. Sənədə əsasən, sosial kirayə müqavilələri əsasında qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri veriləcək.
Millət vəkili Vüqar Bayramov bildirib ki, qanunvericiliyə əsasən, dövlət dəstəyi ilə bir sıra ailələr və vətəndaşlarımız pulsuz evə sahib olurlar.
“Mövcud qanunvericiliyə əsasən, şəhid ailələri, müharibə qaziləri, Çernobıl qəzası nəticəsində əlilliyi olan şəxslər və valideynlərini itirmiş vətəndaşlara sosial mənzil fondundan istifadə etmə şəraiti yaradılır.
Yeni dəyişikliklərə yaşayış sahəsinə ehtiyacı olan ailələrin uçota alınması, onların sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri ilə təmin edilməsi daxildir. Bu pulsuz mənzillərə əlçatanlığı daha da artıracaq".
Deputat qeyd edib ki, yeni qaydalara əsasən sosial mənzil məcəlləsinin 48-ci maddəsində dəyişikliklər təsdiq edilib.
“Bu, sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri ilə bağlı maddədir. Qanuna əsasən,  sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına bilərlər”.
Bəs aztəminatlı, yaşayış sahəsinə ehtiyacı olan ailələr bu qərardan necə yararlana biləcək? Prezidentin təsdiqlədiyi qərarın əlçatanlığı nədə özünü əks etdirəcək? Rayon qeydiyyatı olanlar da bu imkandan faydalana biləcəkmi?
Vüqar Bayramov — Vikipediya
Vüqar Bayramov
Əmlak eksperti Ramil Osmanlı “Yeni Müsavat”a bildirib ki, “Mənzil Məcəlləsi”nin işlək mexanizm vəziyyətinə gətirilməsi üçün ilk növbədə bələdiyyə fonduna aid olan yaşayış fondu yaradılmalıdır: “Bələdiyyə fondunda yaşayış fondu mövcud deyilsə, bələdiyyə vətəndaşı mənzillə necə təmin edə bilər?
Ramil Osmanlı sədr seçildi
Ramil Osmanlı
Ekspert bildirir ki, burada şəhid ailələri, qazilər nəzərdə tutulur. Onların mənzil təminatının yaxşılaşdırılması ilə bağlı Azərbaycanda müvafiq dövlət proqramları var və onlar illərdir ki, icra olunur. Qanunvericilikdə nəzərdə tutulur ki, aztəminatlı və sosial təminata ehtiyacı olan, yaxud da sosial təminata ehtiyacı olduğu hesab olunan insanlar bu mənzillərdən yararlana bilərlər.
Bunlar sosial təminat haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə, minimum əməkhaqqı və minimum müavinət, gəlirlər, istehlak səbəti və digər istiqamətlərin arasındakı fərqlə müəyyən olunan məsələlərdir. Bir şəxsin ailə tərkibi 4 nəfərdisə, həmin 4 nəfərin evinə daxil olan vəsait yalnız bir nəfərin minimum istehlak imkanlarını qarşılayırsa, yerdə qalan 3 nəfər acından ölməməlidir. Dövlət onların sosial təminatı ilə məşğul olmalıdır. Bu ailə aztəminatlı ailə hesab olunur. Həmin aztəminatlı ailənin mənzili yoxdursa, onun mənzillə bağlı müraciət etmək hüququ yaranır. Bu istiqamətdə qayğıya ehtiyacı olan şəxslər də bura daxildir. Azərbaycanın hüdudları daxilində yaşayan istənilən aztəminatlı ailə bu imkandan yararlana bilər. Müraciət edən şəxslər Azərbaycan vətəndaşı olmalıdır. 
Şəhid ailələri və qazilərin evlə təmin edilməsi isə ayrıca proqramlarla tənzimlənir, ölkə prezidentinin nəzarətindədir".

Избранный
17
1
Reportyor.tv

2Источники