Tayvanın şərq sahilindəki Taitung əyalətinin sahillərində 5,7 bal gücündə zəlzələ baş verib.
Ölkə.az xəbər verir ki, Mərkəzi Meteorologiya Bürosunun verdiyi açıqlamaya görə, episentri Taitung şəhər mərkəzindən 53 kilometr şimal-şərqdə olan zəlzələ dənizin 12 kilometr dərinliyində qeydə alınıb.
Təbii fəlakət Taytung əyaləti və Hualien əyalətinin şimalındakı yaşayış məntəqələrində hiss edilib.
Hələlik tələfat və dağıntı barədə məlumat verilmir.
Həmidə İbrahimova