RU

AFFA-dan 5 qırmızı göstərilən oyunla bağlı QƏRAR

Əvəzedicilər liqasında XXVI turun “Neftçi-2” – “Turan Tovuz-2” matçında baş verənlərin günahkarları cəzalandırılıb.

İdman.biz xəbər verir ki, 5 qırmızı vərəqə göstərilən matçla bağlı qərarları AFFA-nın İntizam Komitəsi verib.

“Neftçi-2”nin futbolçusu Kamal Kazımov 87-ci dəqiqədə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. Klub 50 manat cərimə edilib.

Onun komanda yoldaşı Həbib İsmayılov 90+5-ci dəqiqədə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəza alıb. “Neftçi-2” 300 manat ziyana düşüb.

“Turan Tovuz-2”nin futbolçusu Cavid Qasımov 90+1-ci dəqiqədə rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra ehtiyat skamyanın oturacağını sındırdığına görə 1 oyun cəzalanıb. Tovuz təmsilçisi 100 manat cərimələnib və stadionun əmlakına dəymiş zərəri ödəməli olacaq.

Qonaqların digər oyunçusu Sadiq Quliyev 90+5-ci dəqiqədə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 matçlıq cəzalanıb. “Turan Tovuz-2” 300 manat cərimə edilib.

Onun komanda yoldaşı Dinamin Bağırov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub 50 manat ziyana düşüb.

Tovuz təmsilçisi 3 futbolçusu qırmızı vərəqə aldığı üçün 300 manat cərimələnib.

İdman.biz

Избранный
2
1
idman.biz

2Источники