RU

Forum geniş fikir müxtəlifliyini təmsil edən insanları bir araya gətirib - Latviyanın sabiq Prezidenti

Bakı. Trend:

Qlobal Bakı Forumu mümkün qədər geniş fikir müxtəlifliyinitəmsil edən insanları neytral və mehriban bir mühitdə bir arayagətirərək, onların dünyanın qlobal çağırışları ilə bağlı fikirmübadiləsi aparmasına imkan yaradır.

Trend xəbər verir ki, bunuLatviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa XII Qlobal BakıForumunun açılış mərasimində söyləyib.

“Forumda enerji, səhiyyə, beynəlxalq əlaqələr və hamımızınyaşadığımız informasiya məkanına inam məsələlərinə toxunulacaq,” -deyə Latviyanın sabiq Prezidenti söyləyib.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərindəkeçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətəçevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfliyanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regionalsabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirəolunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir arayagətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident,15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərintəxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazirmüavini yer alacaq.

Məqalədə:
Избранный
27
2
az.trend.az

6Источники