RU

ABŞ iqtisadiyyatı tariflərlə görə qeyri-müəyyənliklə üz-üzədir

Prezident Donald Tramp onsuz da gərgin olan ticarət müharibəsini gücləndirir. Rəsmi Ottava ABŞ-a ixrac etdiyi elektrik enerjisinin qiymətini qaldırmaq planını elan etikdən sonra prezident Kanadadan ixrac olunan məhsullara rüsumları ikiqat artırmaqla hədələyir.

Günü sonunda hər iki lider vəziyyəti yumuşaltmağa çalışsa da səhmlər bazarı gərgin olaraq qalmağa davam edib.

Bununla belə Prezident hələ də “Amerikada istehsal olunan” məhsulların sayını artırmaq üçün Kanadaya ilkin 25%-lik tarifləri saxlamağı planlaşdırır: "Hazırda biz etməli olduğumuz doğru şeyləri edirik. Biz iş yerlərini ölkəmizə geri qaytaracağıq və artıq gülüş hədəfi olmayacağıq".

Ramon Pereyras son 36 ilddir Taberna del Alabardero klubunu işlədir. Onun biznesi COVID və Prezident Trampın ilk prezidentilk müddətində tətbiq etdiyi tariflərdən keçib: “2018-ci ili xatırlayırsınız? Və ya 2020 ili? Hər şey yaxşı olacaq. Siyasət bir oyundur, elə deyilmi?

Dou-Cons Sənaye İndeksi bazar ertəsi təxminən 900 bal geriləyib. Çərşənbə axşamı isə əlavə olaraq 500 bal geriləyib. Bu itkilər Roger Frechette-nin pensiya fondunda da özünü hiss etdirib: “Bütün bu dəyərin tez bir zamanda yox olduğunu görmək həqiqətən çətindir. Fikrimcə bütün il ərzində əldə olunmuş qazancın çoxu indi yəqin ki, yox olub”.

Lakin maliyyə analitikləri deyir ki, bu qeyri-müəyyənlik narahatedicidir.

Princeton Universitetindən Layna Mosely bildirir ki, “İnvestorlar, bizneslər və Amerika istehlakçıları üçün qarşıdan gələn siyasi mühitinin necə görünəcəyini müəyyən etmək çətindir. Bu məsələdə əminlik yaratmağın insanlar üçün faydalı olacağını düşünürəm."

Prezident Trampdan tənəzzüllə bağlı proqnoz verib-vermədiyini soruşduqda, “Mən bunun baş verəcəyini düşünmürəm” deyə cavab verib. Baxmayaraq ki, bir çoxu bu suala cavab tapmaq üçün səhmlər bazarındakı vəziyyəti izləyir.

visiontv.az



Избранный
8
visiontv.az

1Источники