RU

BMT Güney Azərbaycanla bağlı hesabat hazırlayıb

BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Sato, İran hökumətinin Güney Azərbaycanda insan haqları fəallarına qarşı repressiyaları və ətraf mühit problemləri ilə bağlı yeni hesabat hazırlayıb.

O, Azərbaycan əyalətlərində insan haqları, ətraf mühit və mədəni fəallara qarşı təzyiqlərin artdığını qeyd edən May Sato, 8 azərbaycanlı fəalın özbaşına həbs edilərək Tehranın Evin həbsxanasına salınmalarını pisləyib.

"Hökumətin yanlış idarəçiliyi nəticəsində yaranan ekoloji böhranlar, o cümlədən quraqlıq, çirklənmə və Urmiya gölünün quruması iqtisadi problemləri ağırlaşdırıb, azərbaycanlıların məcburi köçünü daha da sürətləndirib",- hesabatda bildirilib.

May Sato insan haqlarının vəziyyəti ilə bağlı yerindəcə araşdırma aparmaq üçün İrana səfər etmək üçün çoxlu müraciətlər etdiyini, ancaq bu müraciətlərin cavabsız qaldığını qeyd edib.

Gələn həftə BMT-nin İnsan Haqları Şurasının iclasında nəzərdən keçirilməsi planlaşdırılan bu hesabatda BMT beynəlxalq ictimaiyyətdən İranda vətəndaş və siyasi azadlıqların boğulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb.

İranda edamlarında sayının kəskin artdığı qeyd olunub və 2024-cü ildə 900 nəfərin edam edildiyi, bunun isə son 10 ildə ən yüksək göstərici olduğu diqqətə çatdırılıb.

visiontv.az



Избранный
21
visiontv.az

1Источники