Yevlaxda bıçaqlaşma olub.
Day.Az xəbər verir ki, Trend-in yerli müxbirinin məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, yaranmış mübahisə zamanı bıçaq xəsarəti alan 2008-ci il təvəllüdlü Ayxan Quliyev həyatını itirib, 2007-ci il təvəllüdlü Əli Zülfüqarlı bıçaq xəsarətləri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Polis əməkdaşları tərəfindən hadisəni törədən şəxsin saxlanması istiqamətində tədbirlər davam etdirilir.