Yevlaxda qətl törədənlər saxlanılıb.
News24.az Lent.az-a istinadla bildirir ki , polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bir nəfəri öldürməkdə, bir nəfəri isə yaralamaqda şübhəli bilinən 3 nəfər müəyyən olunaraq saxlanılıb.
Araşdırmalar davam edir.
***
19:03
Yevlaxda qətl hadisəsi baş verib.
News24.az APA-ya istinadla xəbər verir ki, hadisə Yevlax şəhəri ərazisində qeydə alınıb.
Tərəflər arasında yaranmış mübahisə davaya səbəb olub. Nəticədə 17 yaşlı Ayxan Quliyev bıçaqlanaraq öldürülüb.
18 yaşlı Əli Zülfüqarlı isə yaralanaraq Yevlax mərkəzi xəstəxanasına çatdırılıb.
Hadisəni törədən şəxsin saxlanılması istiqamətində tədbirlər keçirilir.