RU

“Ən çox bəyənilən paylaşım Ərdoğanla olan görüşümdür” - Paşinyan

Ermənistan Prezidenti Nikol Paşinyan bildirib ki, sosial media istifadəçiləri arasında arasında ən çox bəyənilən paylaşımı Nyu-Yorkda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşüdür.

“Qafqazinfo” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Nikol Paşinyan bunu Türkiyə KİV-inə müsahibəsində deyib.

“İlk baxışda sadə görünə bilər, amma əslində olduqca simvolikdir. Məsələn, Nyu-Yorkda müxtəlif ölkə liderləri ilə görüşlərimdən kiçik fraqmentləri feysbuk səhifəmdə paylaşandan sonra geri dönüş etdikdə anlayıram ki, sosial şəbəkə istifadəçilərimiz arasında ən çox paylaşılan, ən çox izlənən, ən çox bəyənilən Türkiyə Prezidenti ilə görüşümdən olanlardır. Baxıram və təəccüb edirəm”, - Paşinyan qeyd edib.

Избранный
28
10
qafqazinfo.az

10Источники