RU

Paşinyan: “Sosial mediada ən çox bəyənilən kontent Ərdoğanla olan fotomdur” - FOTO

“Sosial media istifadəçiləri arasında arasında ən çox paylaşılan və ən çox bəyənilən kontent Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş vaxtı çəkilmiş fotom olub”.

Bizim.Media xəbər verir ki, bu barədə, Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə mətbuatına müsahibəsində deyib.

O qeyd edib ki, bu, ilk baxışda sadə görünə bilər, amma, əslində, olduqca simvolikdir:

“Məsələn, Nyu-Yorkda müxtəlif ölkə liderləri ilə görüşlərimdən kiçik fraqmentləri feysbuk səhifəmdə paylaşandan sonra geri dönüb baxdıqda anlayıram ki, sosial media istifadəçilərimiz arasında ən çox paylaşılan, ən çox izlənən, ən çox bəyənilən Türkiyə Prezidenti ilə görüşümdən olan fotodur. Baxıram və təəccüb edirəm”.



Bizim.Media

Избранный
39
10
bizim.media

10Источники