RU

XXVII turun açılış oyununda “Araz-Naxçıvan” “Şamaxı” ilə üz-üzə GƏLƏCƏK

Futbol üzrə Misli Premyer Liqasında XXVII tura bu gün start veriləcək.

Viral.az xəbər verir ki, günün yeganə oyununda “Araz-Naxçıvan” “Şamaxı” ilə üz-üzə gələcək.

Qarşılaşma saat 19:00-da “Liv Bona Dea Arena”da start götürəcək. Naxçıvan təmsilçisi 46 xalla üçüncü, qonaqlar 27 xalla yeddinci pillədə qərarlaşıb.

Son Yazılar:

Misli Premyer Liqası

III dövrə, XXVII tur

14 mart

19:00. “Araz-Naxçıvan” – “Şamaxı”


Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Kamran Əliyev.

VAR: İnqilab Məmmədov.

AVAR: Namik Hüseynov.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

“Liv Bona Dea Arena”

Qeyd edək ki, tura martın 16-da yekun vurulacaq.

Избранный
16
6
viral.az

8Источники