RU

Mərkəzi Nəbatat Bağı zərərdən mənfəətə keçib - HESABAT

Mərkəzi Nəbatat Bağının 2023-cü il üzrə maliyyət vəziyyəti məlum olub.

FED.az xəbər verir ki, qurum 2023-cü ili 77,4 min manat mənfəətlə başa vurub. Halbuki,2022-ci ili 720,5 min manat zərərlə tamamlamışdı.

2023-cü ildə qurumun sair əməliyyat gəlirləri illik müqayisədə 247,4 min manat (15,8%) azalma ilə 1 milyon 314 min manata düşüb.

Bu dövrdə Mərkəzi Nəbatat Bağının istifadə etdiyi material ehtiyatlarının dəyəri 19,4 min manat , işçi heyəti üzrə xərcləri 882,5 min manat, amortizasiya xərcləri 37,7 min manat , digər əməliyyat xərcləri isə 297,6 min manat  təşkil edib.

İllik müqayisədə istifadə etdiyi material ehtiyatlarının dəyəri 173,8 min manat (10 dəfə) , işçi heyəti üzrə xərcləri 279,5 min manat (24,1%), amortizasiya xərcləri 0,6 min manat (1,6%), digər əməliyyat xərcləri isə 591 min manat (3 dəfə) azalıb.

Hesabat ilində qurum mənfəət vergisi ödəməyib.

2024-cü il yanvarın 1-nə olan vəziyyətə Mərkəzi Nəbatat Bağı 1 milyon 677 min manat aktivlərə malik olub. Bu da illik müqayisədə 6,7 dəfə azdır.

Hesabat dövründə Bağın öhdəlikləri 30 dəfə azalaraq 333 min manata düşüb, balans kapitalı isə 6,2 % artaraq 1 milyon 344 min manata yüksəlib.

Избранный
14
1
fed.az

6Источники