Xocalı rayonunun Ballıca kəndinə köçən ailələrə mənzillərin açarları təqdim olunub.
Ölkə.az-ın “Report”a istinadən məlumatına görə, Ballıcaya yeni köçən ailələrə mənzillərin açarlarının təqdim olunması mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin təmsilçiləri iştirak edib.
Qeyd edək ki, bu mərhələdə kəndə 24 ailə (98 nəfər), ümumilikdə isə 136 ailə (660 nəfər) köçürülüb.
***
Xocalı rayonunun Ballıca kəndinə yola salınan növbəti köç karvanı artıq kəndə çatıb.
Ballıcaya bu gün yola salınan köç karvanı 24 ailədən (98 nəfər) ibarətdir.
Bununla da Ballıca kəndinə köçürülən ailələrin sayı 136 (660 nəfər) olub.
***
Xocalı rayonunun Ballıca kəndinə növbəti köç yola salınıb.
Ballıca kəndinə köç edənlər ölkənin müxtəlif bölgələrində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə kəndə 24 ailə (98 nəfər) köçürülür.
Qeyd edək ki, bununla Ballıcaya köçürülən ailələrin sayı 136-ya (660 nəfər) çatac