AzVision.az bildirir ki, “Kossuth” radiostansiyasının səhər proqramında çıxışı zamanı belə bəyanat verən Macarıstanın baş naziri Viktor Orban Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenin bu yaxınlarda Ukraynanın 2030-cu ilə qədər Aİ-yə üzvlüyünü təmin etmək niyyətini təsdiqlədiyini xatırladıb.
“Bu gün Brüsselin rəsmi mövqeyi ondan ibarətdir ki, Ukrayna mümkün qədər tez bir zamanda Aİ-yə qəbul edilməlidir. Belə anlaşılır ki, bu, bir-iki il ərzində baş verməlidir. Avropa liderləri qərara gəliblər ki, Ukrayna Aİ-yə üzvlüyün sürətləndirilməsi müqabilində Rusiyaya qarşı hərbi əməliyyatları davam etdirməlidir”,- Macarıstan hökumətinin başçısı deyib.
Onun fikrincə, belə siyasət bütün Aİ-ni məhv edəcək. Ukraynanın tələsik şəkildə Aİ-yə qəbul edilməsi Avropa ölkələrinə, ilk növbədə isə, Macarıstana düzəlməsi mümkün olmayan iqtisadi ziyan vuracaq.
- Ukraynanın Aİ-yə tam üzv olması Macarıstan iqtisadiyyatını məhv edəcək. Buna görə də Budapeşt bütün ölkələrin fikirləri nəzərə alınmadan belə bir qərarın Brüsseldə bir neçə “ağıllı” tərəfindən kağız üzərində qəbul edilməsinə icazə verməyəcək”,- Viktor Orban öz opponentlərinə xəbərdarlıq ünvanlayıb.
Macarıstanın baş naziri həmçinin qeyd edib ki, Şimali Makedoniya, Serbiya və Monteneqro Aİ-yə üzv olmağa Ukraynadan qat-qat yaxşı hazırdır.
Bu arada, “Financial Times (FT)” nəşri Aİ rəsmilərinin Macarıstanın səsvermə hüququndan məhrum olunmasının mümkünlüyünü müzakirə etdiklərini yazıb. Çünki Budapeşt Aİ-nin bir çox birgə qərarlarını ənəglləmək imkanına malikdir.
“Onlar Budapeştə qarşı Aİ müqaviləsinin 7-ci maddəsini tətbiq etmək istəyirlər. Bu, üzv dövləti səs hüququndan məhrum etmək üçün həddən ziyadə bir addımdır. Lakin Brüssel belə bir addımın yaradacağ siyasi problemləri və nəticələri yaxşı dərk edir”,- qəzet bildirir.
Bununla belə, nəşr yazır ki, Macarıstan Rusiyaya qarşı iqtisadi sanksiyaların uzadılmasını dəstəkləməkdən imtina edərsə, onun səs hüququndan məhrum olunması ehtimalı artacaq.
Sahil İsgəndərov
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта