RU

“Qarabağ”ın satdığı hücumçudan növbəti qol - VİDEO

Braziliyada Karioka Liqasının finalında ilk oyun keçirilib.

Sportinfo.az xəbər verir ki, Rio derbisində “Fluminense” “Flamenqo”nu qəbul edib.

Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.Hazırda “Flamenqo”da oynayan “Qarabağ”ın sabiq hücumçusu Juninyo 66-cı dəqiqədə Platanın əvəzinə meydana daxil olub.

Cəmi 10 dəqiqə sonra isə Juninyo qol vurub (komandasının oyunda ikinci və sonuncu qolu). Bu, onun hazırkı klubunda 2-ci qolu olub (7 oyuna).

Matç “Flamenqo”nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Cavab matçı martın 16-da keçiriləcək.

Fluminense” - “Flamenqo” 1:2
Qollar
: Fransa, 6 (0:1), Juninyo, 76 (0:2), Keno, 88 (1:2)

Избранный
11
12
sportinfo.az

10Источники