Şəmkirdə 55 yaşlı kişi ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Səməd Vurğun qəsəbə sakini, 1970 ci il təvəllüdlü Elşən Mayılov ov həvəskarı olub və hadisə də Kür çayı ətrafındakı boş ərazilərdə ov edərkən baş verib.
İlkin ehtimallara görə, Mayılov dovşan ovladığı zaman naməlum bir maneəyə ilişərək yıxılıb, nəticədə tüfəng açılıb və güllə onun diz nahiyəsinə dəyib.
Yaralı dərhal Gəncə şəhərindəki tibb müəssisələrindən birinə çatdırılıb, hazırda müalicəsi davam edir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта