RU

Ukrayna ordusu Rusiyada muzey binasını YERLƏ BİR ETDİ

Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinin Sudja şəhərinə endirdiyi raket zərbəsi nəticəsində tarix-diyarşünaslıq muzeyi tamamilə məhv edilib.

Bu barədə Kursk qubernatoru vəzifəsini icra edən Aleksandr Xinşteyn məlumat verib. Onun sözlərinə görə, 19-cu əsrin sonlarına aid memarlıq abidəsi olan muzey binası hücum nəticəsində tamamilə yararsız vəziyyətə düşüb.

“İlkin məlumata görə, Sudjada qalan və muzeyin vəziyyətini yoxlamaq üçün oraya gələn bir işçi həlak olub. Daha iki əməkdaş isə yaralanıb və xəstəxanaya yerləşdirilib”, – deyə Xinşteyn bildirib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Избранный
11
tribunainfo.az

1Источники