Azərbaycan Basketbol Liqasında XVIII tur davam edir.
Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə bir matç keçirilib.
Yeganə qarşılaşma B qrupunda baş tutub. Sumqayıtda keçiriləcək görüşdə eyniadlı komanda liderliyə şərik “Şəki” ilə üz-üzə gəlib.
Oyun qonaqların üstünlüyü ilə keçib. Meydan sahibləri yalnız 3-cü dövrədə rəqibi məğlub edə biliblər. Yekunda "Şəki" 104:96 hesabı ilə qələbə qazanıb.
Tura martın 16-da yekun vurulacaq.
“Sumqayıt”– “Şəki” - 96:104 (22:26, 23:30, 28:19, 23:29)
Sumqayıt OİK
yer | komanda | O | Q | M | X |
1 | Şəki | 18 | 14 | 4 | 32 |
2 | Gəncə | 17 | 13 | 4 | 30 |
3 | Ordu | 17 | 11 | 6 | 28 |
4 | Sumqayıt | 18 | 7 | 11 | 25 |
5 | Quba | 18 | 5 | 13 | 23 |
6 | Lənkəran | 18 | 3 | 15 | 21 |