RU

Krasnoarmeyskdə ağır döyüşlər gedir

Hazırda Rusiya qoşunları Krasnoarmeysk bölgəsində (Ukrayna ərazini Pokrovsk adlandırır-red.) şiddətli döyüşlər aparır.

Turkustan.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə "Donetsk Xalq Respublikası"nın rəhbəri Denis Puşilin bildirib.

Puşilinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Kursk istiqamətindən Krasnoarmeyskə hərbçilər toplayır və əks hücuma keçməyə çalışır.

Martın 12-də Ukrayna qoşunlarının Baş Qərargahı Facebook sosial şəbəkəsində bəyanat yayaraq, Krasnoarmeysk istiqamətini Ukrayna Silahlı Qüvvələri üçün "ən çətin bölgə" adlandırıb. Mətndə bu ərazinin hazırda "ən qaynar nöqtə" olduğu vurğulayıb.

Избранный
22
turkustan.az

1Источники