RU

Pike məhkəmədə göz yaşlarına boğuldu

"Barselona"nın və İspaniya yığmasının keçmiş müdafiəçisi Jerar Pike Səudiyyə Ərəbistanının İspaniya Superkubokuna ev sahibliyi etməsi ilə bağlı korrupsiya ittihamlarını rədd edib və nüfuzuna xələl gətirdiyinə görə çəkdiyi zərərdən göz yaşları içində şikayət edib.

Oxu.Az xəbər verir ki, bu barədə "El Pais" məlumat yayıb.

2019-cu ilin sentyabrında İspaniya Kral Futbol Federasiyası (RFEF) İspaniya Superkubokunun bu ölkədə keçirilməsi üçün Səudiyyə Ərəbistanı ilə müqavilə imzalayıb. Müqavilənin dəyəri 264 milyon avro (təxminən 287.3 milyon dollar - red.) təşkil edib ki, bunun da 24 milyon avrosu (təxminən 26.1 milyon dollar - red.) Pikenin rəhbərlik etdiyi "Kosmos" vasitəçi agentliyinə gedib. Məhkəmə komissiyanın həcminə görə cinayət tərkibinin olması qənaətinə gəlib. Keçmiş futbolçuya qarşı ötən ilin mayında ittiham irəli sürülüb.

Pike məhkəmə qarşısına çıxıb. "Barselona"nın keçmiş futbolçusu yalnız hakimin, dövlət ittihamçısının və öz vəkilinin suallarını cavablandırıb, digər tərəflərin suallarını cavablandırmaqdan isə imtina edib. Futbolçunun müdafiəsi Səudiyyə Ərəbistanı ilə müqavilənin Pike sayəsində imzalandığını və ödənişlərin bu cür sövdələşmələr üçün adi hal olduğunu bildirib. İclasın sonunda Pike son söz istəyib, bundan sonra o, göz yaşları içində bu işin onun nüfuzuna xələl gətirdiyindən şikayətlənib.

Mənbə: oxu.az

Избранный
8
2
oxu.az

3Источники