Nardaranda qəzaya düşən şəxs xəstəxanada həyatını itirib.
Yenisabah.az xəbər verir ki, hadisə martın 10-da qəsəbədə yerləşən magistral yolda baş verib.
1975-ci il təvəllüdlü Elşən Hüseynov istifadəsində olan avtomobillə hərəkətdə olarkən magistral yolda yolu keçən 2007-ci il təvəllüdlü İsmayıl Kazımov vurub.
Nəticədə, sonuncu müalicə aldığı “Sabunçu Tibb Mərkəzi” PHŞ-nin Reanimasiya şöbəsində bu gün saat 12 radələrində ölüb.
Faktla bağlı CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.
Telegram kanalımız