RU

Tramp İŞİD liderinin məhv olunduğunu ELAN ETDİ

ABŞ prezidenti Donald Tramp İraqda İslam Dövləti (İŞİD) qruplaşmasının liderlərindən birinin məhv edildiyini açıqlayıb.
Tribunainfo.az xəbər verir ki, o, bu barədə “Truth Social”da yazıb: “Bu gün İŞİD-in İraqdakı gizlənmiş lideri cəsur əsgərlərimiz tərəfindən məhv edildi”.

O həmçinin qeyd edib ki, əməliyyat İraq hökuməti və İraq Kürdüstanının hakimiyyət orqanları ilə koordinasiya əsasında həyata keçirilib.

Martın 14-də İraqın baş naziri və ali baş komandanı Məhəmməd əl-Sudani öldürülən İŞİD liderlərindən birinin Əbu Xədicə ləqəbli şəxs olduğunu elan edib.

Onun sözlərinə görə, İraq təhlükəsizlik qüvvələri bu əməliyyatı beynəlxalq koalisiya qüvvələrinin dəstəyi ilə həyata keçirib.

ABŞ Mərkəzi Komandanlığı da Əbu Xədicəyə birgə zərbə endirdiyini bildirib. ABŞ ordusu DNT testi vasitəsilə Xədicənin şəxsiyyətini təsdiq edə bilib.

Bildirilib ki, öldürülən terrorçu bütün dünyada İŞİD hücumlarının logistika və planlaşdırılmasına cavabdeh olub. Əməliyyat zamanı kimliyi açıqlanmayan daha bir yaraqlı məhv edilib.

Избранный
11
1
tribunainfo.az

2Источники