Meksikada 5,5 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri Oaxaka şəhərindən 77 km şimal-şərqdə, ocağı 35 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.