RU

“Bizim həyət” çərçivəsində abadlaşdırılan məhəllələrdə Novruz bayramı qeyd edilir

Novruz şənlikləri Bakının Xətai və Yasamal rayonlarında Heydər Əliyev Fondunun Vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan məhəllələrdə qeyd edilib.

Bakı Şəhər İcra Hakimiyyətindən APA-ya verilən xəbərə görə, bayram tədbirləri məhəllə sakinləri, ağsaqqallar, şəhid ailələrinin üzvləri, qazilərin iştirakı ilə keçirilib.

Bayramda Novruz atributları, milli mətbəximizin və geyimlərimizin nümunələri nümayiş etdirilib, kəndirbazlar və pəhləvanlar öz məharətini göstərib, konsert proqramı təşkil olunub.

Qeyd edilməlidir ki, son illərdə paytaxtda 400-ə yaxın həyət abadlaşdırılıb. Novruz ərəfəsində Abad məhəllələr bayramsayağı bəzədilib, səməni, Novruz şirniyyatları olan süfrələr açılıb.

“Bizim “Bizim “Bizim “Bizim
Избранный
12
1
apa.az

10Источники