RU

Gələcəkdə əlaqələrimiz qaz təchizatı ilə daha da möhkəmlənəcək - Bosniya və Herseqovinanın sabiq prezidenti

Bakı. Trend:

Gələcəkdə ölkələrimiz arasında əlaqələr qaz təchizatı ilə dahada möhkəmlənə bilər.

Bunu Trend-ə XII Qlobal BakıForumu çərçivəsində açıqlamasında Bosniya və Herseqovinanın sabiqprezidenti Mladen İvaniç deyib.

O, Bosniya və Herseqovinanın Azərbaycanla çox yaxşı əlaqələrininolduğunu xatırladıb və gələcəkə əməkdaşlıq imkanlarınıdəyərləndirib: "Azərbaycan xüsusilə müharibədən sonra Bosniyaya çoxkömək etdi. Bizdə də eyni problemlər var idi. Çünki Bosniya kimieyni müharibə ilə Azərbaycan da üzləşmişdi. Ümumilikdə, ölkələrimizarasında, həqiqətən də, çox yaxşı, mehriban münasibətlərmövcuddur.

Gələcəkdə əlaqələrimizin qaz təchizatı ilə daha damöhkəmlənəcəyini qeyd etmək istərdim. Çünki Bosniya hazırdaRusiyanın tədarükündən güclü şəkildə asılıdır.

Belə olan halda biz alternativ enerji tapmağa çalışırıq. Mənümid edirəm ki, qaz təchizatımız Azərbaycan qazı ilə Albaniyaüzərindən keçən kəmərlə təmin ediləcək".

Sabiq prezident Qlobal Bakı Forumu haqqında da təəssüratlarınıbölüşüb: "Qlobal Bakı Forumu xüsusən də çağırışlarla dolu birzamanda çox yaxşı təşkil olunub.

Çünki dünyada hər şey gözlənilmədən dəyişə bilir və ya hər şeymümkündür. Beləliklə, bir yerdə olmaq və ya fikirlərini bölüşəbiləcək insanlarla təcrübə etmək dünya naminə çox faydalıdır. Bəlkədə, bu forumda üzləşdiyimiz problemlərə əsl cavablar tapabilərik".

Məqalədə:
Избранный
38
2
az.trend.az

3Источники