RU

Bir boksçumuz da yarımfinalda

Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnirdə 1/4 final mərhələsi başa çatıb.

Boks Federasiyasından bildirilib ki, Azərbaycan millisinin daha bir idmançısı adını yarımfinala yazdırıb.

Əli Abdullayev (65 kq) Qerq Şaraza (Macarıstan) qalib gəlib – 5:0 O, yarımfinalda Erik Suçi (Çexiya) ilə döyüşəcək. Boksçumuz bununla da, özü üçün ən azı bürünc medalı təmin edib.

Qeyd edək ki, finala gedən yolda millimizin digər üzvləri Tural Sarıyev (50 kq) Peter Lakatosla (Macarıstan), Məhəmmədəli Qasımzadə (60 kq) Aksel Eqartla (Uels) qarşılaşacaqlar.

L.AZAD
XQ

Избранный
4
1
xalqqazeti.az

3Источники