Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bərdə şəhəri, Təbriz küçəsində yaşayış binasının eyvanının uçması barədə məlumat daxil olub.
FHN-dən News24.az-a verilən məlumata görə, dərhal əraziyə nazirliyin Qarabağ Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin eyvanının uçması nəticəsində 1990-cı il təvəllüdlü Turanə Saleh qızı Əliyevanın dağıntı altında qaldığı müəyyən olunub.
Nazirliyin qüvvələri operativ xilasetmə tədbirləri sayəsində dağıntı altında qalan qadını xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.
***
“Qafqazinfo”nun əldə etdiyi məlumata əsasən, yaralanan şəxs 1990-cı il təvəllüdlü Turanə Əliyevadır.
***
Bərdədə yaşayış binasının eyvanı uçub.
News24.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.
İlkin məlumata görə, uçqun nəticəsində yaralanan olub.
Hadisə yerinə FHN-in xilasediciləri və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.