RU

İƏT ölkələri ilə aqrar əməkdaşlıq müzakirəsi

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov XII Qlobal Bakı Forumu çərçivəsində ölkəmizdə səfərdə olan İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Məcnun Məmmədov Azərbaycanda aqrar sahədə aparılan islahatlardan söz açıb, ölkəmizin qlobal çağırışlardan irəli gələn təşəbbüslərə böyük həvəslə qoşulduğunu, beynəlxalq tərəfdaşlarla səmərəli əməkdaşlığa önəm verdiyini vurğulayıb. Kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarına toxunan nazir Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib.

Nazir əlavə edib ki, Dayanıqlı İnkişaf Məqsədlərinə, xüsusilə kənd təsərrüfatında qarşıya qoyulan hədəflərə nail olmaq üçün qida və ərzaq təhlükəsizliyinin bütün mərhələləri üzrə təşkilatdaxili əməkdaşlığın genişləndirilməsi zəruridir.

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xan təşkilatın fəaliyyət planı, icra olunan layihələr və həyata keçirilən tədbirlər barədə məlumat verib. O, İƏT ölkələrində kənd təsərrüfatı sahəsində məhsuldarlığın artırılması və ölkələrarası ticarətin genişlənməsi üçün böyük potensialın olduğunu qeyd edib.

XQ

Избранный
28
10
xalqqazeti.az

10Источники