"Malyorka"nın hücumçusu Vedat Muriqi İspaniya La Liqasında maraqlı göstəricilərə imza atıb.
İdman.biz xəbər verir ki, kosovolu futbolçu "Espanyol"la qarşılaşmada 3 dəfə diqqət mərkəzinə düşüb.
O, əvvəlcə matçın 53-cü dəqiqəsində avtoqalla yadda qalıb. Muriqi 9 dəqiqə sonra günahını yumaq şansı qazansa da, penaltini dəqiq yerinə yetirə bilməyib. Əvəzində Vedat 90+7-ci dəqiqədə komandasının qələbə topunun müəllifi olub - 2:1. 30 yaşlı forvard bu dəfə "ağ nöqtə"dən dəqiq olub.
Qeyd edək ki, Muriqi bu mövsümdə 23 oyunda 7 qol və 2 ötürmə ilə yadda qalıb.
İdman.biz