RU

Santuş bunu da açıqladı: “Bəzi oyunçular var ki...”

Millimizin baş məşqçis Fernandu Santuş heyətə aşağı diviziondan futbolçu cəlb etməsinin səbəbini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, o, bu barədə deyib::

“Mən və mənim məşqçi korpusum tez-tez aşağı divizondakı oyunlara gedib baxırıq.Orada bir neçə oyunçu var ki, diqqətimizi cəlb edib.

Seçdiyimiz oyunçu da keyfiyyətli futbolçudur. Haiti isə okeanın digər tərəfində yerləşir. Çox yaxşı komandası var. Heç də zəif rəqib deyil”.

Portuqaliyalı çalışdırıcı “Neftçi”nin və millinin oyunçusu Emin Mahmudovun heyətdə yer almamasından da danışıb:

“Yalnız Emin deyil, Abbas və Coşqun da heyətdə yoxdur. Buna səbəb futbolçuların zədəli olmasıdır.

Ancaq bəzi oyunçular var ki, onlar zədə səbəbindən yox, texniki səbəbdən seçilməyib”.

Millimiz martın 22-si Haiti ilə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, 25-i isə Belarusla “Bank Respublika Arena” qarşılaşacaq. Hər iki görüş saat 21:45-də baş tutacaq.

Избранный
16
sportinfo.az

1Источники