RU

Yaponiya Çinin yaxınlığında raketlər yerləşdirə bilər

Yaponiya Kyuşu adasında uzaqmənzilli raketlərin yerləşdirilməsi imkanını nəzərdən keçirir.

Avtosfer.az xəbər verir ki, bu barədə "Kyodo" hökumət mənbələrinə istinadla məumat yayıb.

Kyuşu Yaponiyanın ən cənub adasıdır və Cənubi Koreya ilə Çinin sahilləri yaxınlığında yerləşir.

Mənbələrin məlumatına görə, Yaponiya hökuməti fövqəladə vəziyyətin yaranması halında, düşmənin hədəflərini vurmaq üçün ölkənin cavab zərbəsi imkanları əldə etməsi üzrə səyləri çərçivəsində raketlərin yerləşdirilməsi ehtimalını öyrənir.

Raketlərin yerləşdirilməsi 2026-cı ilin martında başlaya bilər. Bu addım Nansey adalarının təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəlib. Sözügedən ərazilər Tayvana yaxınlığı səbəbindən strateji vacib sayılır. Bu, Çinin Tayvana müdaxiləsi ehtimalının artması ilə əlaqədardır.

Избранный
13
3
avtosfer.az

5Источники