RU

Medal sayı 3-ə çatdı

Xorvatiyanın Poreç şəhərində cüdo üzrə yeniyetmələr arasında keçirilən Avropa Kubokunda millimiz daha 2 medal qazanıb.

Futbolpress.az xəbər verir ki, -40 kq çəki dərəcəsində mübarizə aparan Mədinə Hüseynova və -44 kq çəkidə qüvvəsini sınayan Xədicə Abdullayeva bürünc medala yiyələniblər.

Bununla, cüdoçularımızın Avropa Kubokunda əldə etdiyi medalların sayı 3-ə çatıb. Daha əvvəl Aysun Məmmədova (-52 kq) yarışın qızıl medalına sahib çıxmışdı.

Qeyd edək ki, bu gün Avropa Kubokunda daha 5 cüdoçumuz tatamiyə çıxacaq.

Избранный
13
8
futbolpress.az

10Источники