RU

Qəbələdə icra nümayəndiliyinin binası yandı

Qəbələdə icra nümayəndiliyinin binası yanıb.

 

Sfera.az-ın məlumatına görə, Qəbələ rayon Daşça kənd İnzibati Ərazi Nümayəndəliyinin inzibati binasında yanğın baş verib.

 

Yanğın yerinə Qəbələ rayon DYMH-nin yanğınsöndürən texnikaları cəlb olunub.

 

Yanğın zamanı ümumi sahəsi 35 k/m olan inzibati bina tamamilə yanıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Избранный
20
7
sfera.az

9Источники